Qubaya istirahətə gedən şəxslər həbs edilib.

Oxunma sayı: 152
25-03-2022, 23:41

Qubaya istirahətə gedən şəxslər həbs edilib.
Arasdırma.info xəbər verir ki , Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.

Daxil olanş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Bakı şəhər sakinləri Mais Alməmmədov, İlkin İbrahimov və Vahid Allahverdiyev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və M.Alməmmədova məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa, M.Alməmmədova məxsus avtomobilə baxış zamanı 2 ədəd qatlanan cib bıçağı aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, hər üç şəxs Qubaya istirahət etmək məqsədi ilə gəliblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş
Xəbər lentİ