Göyçay Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus VAZ-2106 markalı avtomobilin martın 25-i gecə saatlarında yaşadığı binanın qarşısından naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi şəhər ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.
Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxslərin əvvəllər məhkum olunmuş Mirqadir Həşimov və İlqar Mustafayev olduqları müəyyən olunub. Onlar tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırdıqdan sonra onun dövlət nömrə nişanını dəyişiblər və işləri ilə əlaqədar Ağdaş rayonuna gediblər. Daha sonra Göyçaya qayıdan dostlar nəqliyyat vasitəsinin akkumulyatorunu, maqnitofonunu, eləcə də digər avadanlıqlarını götürərək avtomobili tərk ediblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70