Evdən döyülərək qovuldu, uşağı əlindən alındı - BAŞ PROKURORA MÜRACİƏT EDİLDİ

Oxunma sayı: 146
1-04-2022, 21:39

Evdən döyülərək qovuldu, uşağı əlindən alındı - BAŞ PROKURORA MÜRACİƏT EDİLDİ
Bakı şəhəri Sabunçu rayon Pirşağı qəsəbəsi bağ massivində öz başına tikililərdə yaşayan Böyükağayeva Türkanə Böyükağa qızı redaksiyamıza müraciət edərək, keçmiş həyat yoldaşı Bahdur Tağıyev və onun ailəsi tərəfindən döyülərək evdən çıxarılıb. Bu azmış 12 yaşında olan övladı da əlindən alınıb və görüşdürülməsinə icazə verilmir. Türkanə Böyükağayevanın sözlərinə görə, mənzil qohumlarının maddi köməkliyi ilə tikilib. Lakin sonradan mənzili keçmiş həyat yoldaşı Bahadur Tağıyev kürəkəninin adına keçirərək Sabunçu rayon polis əməkdaşı Fazil adlı şəxsə satıb. Hazırda qohumlarının evində sığınan tənha qadın işin düzgün şəkildə araşdırılması üçün baş prokuror Kamran Əliyevə müraciət edib:
Evdən döyülərək qovuldu, uşağı əlindən alındı - BAŞ PROKURORA MÜRACİƏT EDİLDİ
"Cənab baş prokuror, 2020-ci ilin sentyabr ayında baş vermiş hadisə ilə bağlı Sabunçu RPİ-də işaraşdırıldı. Qarşı tərəf yəni, həyat yoldaşım Bahadur polisə dəvət olundu və özünün dediyi kimi “pulunu verib işi bağlatdırdı!” Sonra mən Sabunçu Rayon prokuroruna rəsmi müraciət etdim. Yenə eyni qaydada Bahadur şi bağladı və mənim heç nədən xəbərim olmadı! Hansı ki,mən ərizəyə əlavə etdiyim şikayət ərizəmdə təfsilatlı göstərildiyi kimi Bahadurun ailəsi: anası, bacısı və bacısının oğlu tərəfindən evimdən döyülüb, söyülməklə, əlimdən qızım alınaraq bıçaq dirənişi ilə qovulmuşam! Məsələ ilə bağlı Ailə və Uşaq Problemləri Komitəsinə də rəsmi müraciət etdim. Pandemiya dövründə əlaqələr olmadığına görə şikayətlərimin necə araşdırıldığını bilmirəm! Beləliklə, polis və prokurorluq tərəfindən məsələnin obyektiv araşdırılması və mənim müdafiəmin təşkili mümkün olmamışdır.! Sonra mən məsələni ictimailəşdirmək üçün ARB kanalına çıxdım. Amma bu da gözlənilən nəticəni vermədi. Çünki Bahadur bu dəfə əleyhimə adamları efirə çağırmaqla məni xəyanətdə günahlandırdı! Mən 11 (on bir) il evdə qapalı şəraitdə, çölə çıxmadan yaşamışam! İnsanlarla ünsiyyətim olmayıb! Təhsilim, qabiliyyətim olmadığı üçün də özümü belə müdafiə edəcək gücdə deyildim! Ona görə də efir qarşısında fikirlərimi tam-aydın çatdıra bilmədim! Uşağım əlimdən alınaraq küçələrə atılmışam! Artıq özümü öldürmək həddindəyəm! Bahadur və ailəsi isə bu vəziyyəti leyhlərinə istifadə edərək televiziyaya müsahibələr verirlər! Halbuki onun anası heç vaxt bizi qəbul etməyib, evinə buraxmayıb! Müsahibəsində isə bildirir ki, Bahadurla tikib yaşadığmız evi guya kürəkəni alıb və bizə kirayəyəyə verib! Əslində isə biz 2010-2013-cü illər ərzində qonşunun evində yaşamışıq. 2013-cü ildə isə yaxınlıqdakı boş sahəni zəbt edib özümüzə ev tikmişik. Ev mənim qohumlarımın maddi köməkliyi və tikinti material dəstəyi ilə tikilib. Ev hazır olandan il yarım sonra isə Bahadurun ailəsi ayaq açmağa başladı. Bahadurtorpağın sağ və sol hissələrini satıb pulunu xərclədi! Sonra isə ortada tikilmiş mənim yaşadığım evi satmaq istəyəndə aramızda dava başladı. Budavaların nəticəsi olaraq isə uşağım əlimdən zorla alınmaqla döyülüb çöllərə atıldım!

Odur ki, cənab baş prokuror, məsələnin şəxsən nəzarətinizə götürülməklə ciddi araşdırılmasına ehtiyac vardır! Bahadurun mənə qarşı etdiyi şər -böhtan əməlləri cinayət tərkiblidir! Tələb edirəm, məni xəyanətdə günahlandırdığı şəxslər, efirə yalandan üzə durmaq üçün gətirdiyi şəxs, guya mindiyim maşınlar barəsində konkret məlumatlar-faktlar toplanılsın! Əgər faktlar sübuta yetirilərsə, günahımın cəzasını çəkməyə razıyam! Əgər məsələnin şər-böhtan olduğu sübuta yetirilərsə, Bahadurun barəsində cinayət işinin açılmasına göstəriş verməyinizi xahişedirəm! Mən artıq dözə biləcək vəziyyətdə deyiləm. Əgər ən yaxın vaxtda məsələ ciddi araşdırılıb aydınlıq gətirilməsə, mən Bahaduru sonra isə özümü öldrüəcəyəm! Edəcəyim işin məsuliyyəti isə birbaşa sizin üzərinizə düşür!

Həyat yoldaşım Bahadur evimizin sağ və sol tərəfinin pulu ilə polislə necə dostluq yaradıb bilmirəm,amma nəticədə məsələnin mahiyətini öldürüb! Mənəq arşı söyüş, təhqir, döymək əməliyyatlarını təmizə çıxarıb! Hətta Bahadurun mənə bıçaq çıxartmış bacısı oğlunun adı isə materialda təmamilə hallanmır! Guya ki, mən o dörd nəfərə qarşı şər-böhtan etmişəm! Ənazı vicdansızlıqdır ki, hər birindən təkcə çəki baxımından az olduğum halda 4 nəfərə qarşı guya xuliqalnıq etmişəm! Məqsəd və amallarından asılı olayaraq Allah onlara lənət eləsin! Odur ki, cənab prokuror Sizdən xahiş edirəm işin yenidən Sabunçu RPİ-də başqa təhqiqatçının icraatına verilərək obyektiv, adekvat araşdırılmasına göstəriş verəsiniz! Əlavə olaraq bildirim ki, sonuncu münaqişə-davamızdan sonra yaaşdığım evin qaz sayğacının smart kartını götürmüş Bahaduru polisə şikayət etməyimə baxmayaraq bu tarixə kimi nə smart kart qaytarılmışdır nə də bu mövzuda məndən bir söz soruşulmuşdur! Beləliklə, Bahadur və onun havadarları olan polis əməkdaşları məni əla salmışlar!

Təhqiqat materialı təmamilə sahə müvəkkilinə tapşırılmışdır! Ümumiyyətlə, Bahadur bütün polislərin hamısı ilə“tez dil tapmağ”ı bacarır! Ona görə ki, satdığı torpaqların pulu onun cibindədir. Məlumedirəm ki, biz qonşuluqdakı ev sahibinin evində qalmışıq. 2013-cü ildən hazırkı tikiliyə köçmüşük. Atalığım və yaxın qohumumun maddi köməkliyi ilə bu ev tikilmişdir. Amma ev Bahadurun bacısının həyat yoldaşının adınaarxa tarixlə sənədləşdirilib! Bu özü də bir qanunsuzluqdur! Sənədin harada, necə, bələdiyyədə kimin əli ilə hazırlanmasının xüsusi araşdırmaya ehtiyacı vardır! Mənim yaşamağa başqa yerim yoxdur! Bahadurun isə qaçqınkomdan və atasından qalma evi də vardır! Bu evdə dəmənimlə birlikdəşərikdir! Artıq onun 4 yaşayış yeri olduğu halda mənə qarşı burada şərəfsizlikedir! Onun yaşıdları Qarabağda döyüşür, bu da kimsəsiz adamın qızının evdən çıxarılması ilə məşğuldur! Məlumat üçün bidirim ki, şikayətimi Ombudsman və AQUK-nə bildirmişəm! Mənə qarşı olmuş törədilmiş bütün haqsızlıqların yenidənaraşdırılmasına çalışacağam!".

//hurriyet.az

Paylaş
Xəbər lentİ