Gecə klubunda partlayış zamanı 14 avtomobilə ziyan dəyib - RƏSMİ

Oxunma sayı: 194
4-04-2022, 03:45

Gecə klubunda partlayış zamanı 14 avtomobilə ziyan dəyib - RƏSMİ
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.

Arasdırma.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Partlayış zamanı 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir.

Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəymişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir.//sfera

Paylaş
Xəbər lentİ