Bakıda restoranın lifti qırıldı, xəsarət alanlar var

Oxunma sayı: 173
5-04-2022, 18:45

Bakıda restoranın lifti qırıldı, xəsarət alanlar var
Bakıda yerləşən rerstoranlardan birinin lifti qırılıb.

Arasdırma.info APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov xəsarət alıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Səbail rayonu ərazisindəki restoranlardan birindən 2 nəfərin xəsarət alması ilə bağlı çağırış olub. Müxtəlif travmalarla hər iki şəxs Təcili Yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən verilən məlumata görə, xəsarət alan şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Paylaş
Xəbər lentİ