Azərbaycanda sərnişin avtobusu aşdı, 24 nəfər… – SON DƏQİQƏ (FOTOLAR)

Oxunma sayı: 443
28-08-2019, 23:29

Azərbaycanda sərnişin avtobusu aşdı, 24 nəfər… – SON DƏQİQƏ (FOTOLAR)
Lənkəran rayonunda yol qəzası baş verib.

Arasdırma.info xəbər verir ki, hadisə Bəleton kəndində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 23-ü Travmatologiya şöbəsinə, bir qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Qəza zamanı sürücü – Ələmdar Şahvəli oğlu Ağayev (1957-ci il təvəllüdlü) hadisə yerində ölüb. Qəza zamanı həmçinin Yusubova Sevda Şirəli qızı (1981), Yusubova Aycan Məhərrəm qızı (2006), İbrahimov Rahim Şamməd oğlu (2008), İbrahimova Şölə Filağa qızı (1972), Cəfərli Milana Qılman qızı (1997), Seyfullayeva Pərvanə Vahab qızı (1977), Zamanova Şəfəq Cəsail qızı (1990), Qasımova Aytəkin İsaq qızı (1964), Sadıqova Rəisə Canəli qızı (1957), Muradova Kifayət Xeyrulla qızı (1983), Muradova Südabə Muxtar qızı (1972), Ağayeva Məryəm Məzahir qızı (1974), Rəhimova Adilə Məmmədağa qızı (1966), Quliyev Mirələm Baloğlan oğlu (1957), Əliyeva Göyçək Mehrəli qızı (1984), Novruzov Yusif Zamin oğlu (2013), Ağayev Hafiz Allahverdi oğlu (1982), Hüseynova Səbinə Rizvan qızı (2001), Ağayeva Rəfiqə Miri qızı (1949), Ağayeva Sevinc Vəliağa qızı (1978), Ağayeva Sevgiyyə Əzim qızı (2001), Ağayeva Ülviyə Əzim qızı (2004), xəsarət alıblar.

Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.Report.azAzərbaycanda sərnişin avtobusu aşdı, 24 nəfər… – SON DƏQİQƏ (FOTOLAR)
Azərbaycanda sərnişin avtobusu aşdı, 24 nəfər… – SON DƏQİQƏ (FOTOLAR)
Azərbaycanda sərnişin avtobusu aşdı, 24 nəfər… – SON DƏQİQƏ (FOTOLAR)

Paylaş
Xəbər lentİ