Yalan vədlər verən "vəzifəli" HƏBS EDİLDİ

Oxunma sayı: 159
8-04-2022, 22:14

Yalan vədlər verən "vəzifəli" HƏBS EDİLDİ
Biləsuvarda dələduz saxlanılıb.
Arasdırma.info xəbər verir ki,Biləsuvar rayon Prokurorluğundan verilən məlumata görə, Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 2021-ci il avqustun 24-dən “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin işçisi kimi, yəni özünü vəzifəli şəxs kimi təqdim edib.

Onun dövlət özünəməşğulluq proqramı çərçivəsində iş və ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verməklə 29 nəfərdən ümumilikdə 16 min manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, eyni zamanda həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Elman Nuriyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.//xeber365

Paylaş
Xəbər lentİ