Tərtərdə qoyun otaran şəxs minaya düşdü - YENİLƏNİB - FOTO

Oxunma sayı: 168
9-04-2022, 16:36

Tərtərdə qoyun otaran şəxs minaya düşdü - YENİLƏNİB - FOTO
Baş Prokurorluq Tərtərdə mina partlayışı barədə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Bakupost.az -a verilən xəbərə görə, Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.
***
13:27
Tərtərdə mina partlayışı olub.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Həsənqaya kəndi ərazisində qoyun otararkən minaya düşüb.
Xəsarət alan E. Həsənov Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.

Paylaş
Xəbər lentİ