Yaşlı kişi platformada qatar gözləyərkən öldü

Oxunma sayı: 158
12-04-2022, 09:05

Yaşlı kişi platformada qatar gözləyərkən öldü
Yaşlı kişi metroda qatar gözləyərkən dünyasını dəyişdi.

Arasdırma.info xəbər verir ki,bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O, bildirib ki, saat 06:30-da Bakı şəhər sakini 1955-ci il təvəllüdlü Zülfəli Kazımov, "Əhmədli" stansiyasında qatar gözləyərkən vəfat edib.

Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb.

Onun ürəktutmasından öldüyü bildirilir.//lent.az

Paylaş
Xəbər lentİ