Azərbaycanda 16 yaşlı oğlan anasının sevgilisini bıçaqladı

Oxunma sayı: 156
24-04-2022, 19:13

Azərbaycanda 16 yaşlı oğlan anasının sevgilisini bıçaqladı
Sabirabadda bıçaqlanma hadisəsi qeydə alınıb.

Arasdırma.info APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Adəm Qurbanxan oğlu qarnının ön divarının kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb.

Həmin şəxsi onun yaşadığı qadının 16 yaşlı oğlu - 2006-cı il təvəllüdlü Bürxanov Seyidəli Məmmədəli oğlu tərəfindən bıçaqlandığı bildirilir.

Paylaş
Xəbər lentİ