İşləmədiyi cinayətə görə cəzalandırıldı- Şəmkir rayonu sakinindən şok iddia!

Oxunma sayı: 136
27-04-2022, 09:27

İşləmədiyi cinayətə görə cəzalandırıldı- Şəmkir rayonu sakinindən şok iddia!
"Hürriyyət”in redaksiyasına müraciət edən 1993-cü ilin 13 yanvarında Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olan Tağıyev Həsən Müzəffər oğlu bildirir ki, 2017-ci ildə yaşadığı qəsəbədəki evlərdən biri qarət olunduğundan o, bir neçə qəsəbə sakini ilə birgə şübhəli şəxs qismində dindirilmək üçün polis bölməsinə dəvət olunub. Həsən Tağıyevin qarət hadisəsinə aidiyyatı sübuta yetirilmədiyindən izahatı alınandan sonra sərbəst buraxılıb.

Amma 5 il sonra, yənu bu ilin aprel ayında yaxın qohumlarına baş çəkmək üçün Türkiyə Cümhuriyyətinə səfər etmək istəyən Həsən Tağıyev hava limanında saxlanılıb, onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Məsələyə aydınlıq gətirmək məqsədi lə Şəmkir Rayon Polis Şöbəsinə üz tutan şikayətçiyə deyiblər ki, 5 il əvvəl bölməyə çağırıldığı üçün ölkədən çıxışına qadağa qoyulub. Eşitdiyi absurd izahatdan çaş-baş qalan Həsən Tağıyevin: “Bu necə ola bilər axı? 5 il əvvəl günahsız olduğum sübuta yetirildi, sərbəst buraxıldım. Əgər cinayət işləmişdimsə, nədən azadlıqdayam, yox əgər günahsızamsa, nədən ölkədən çıxışılma qadağa qoyulub?”,- suallarına Şəmkir Rayon Polis Söbəsinin əməliyyatçı: ”Hörmət elə, problemi həll edək”,-cavabını verib.

Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün DİN-lə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Nazirlik sözçüçü telefon zənglərimizə, yazılı müraciətimizə cavab vermədi.

Paylaş
Xəbər lentİ