DİN-dən Bərdədə zibillikdə tapılan qadınla bağlı AÇIQLAMA

Oxunma sayı: 162
28-04-2022, 08:07

DİN-dən Bərdədə zibillikdə tapılan qadınla bağlı AÇIQLAMA
Bərdədə zibillik ərazisindən halsız vəziyyətdə qadın tapılıb.

Arasdırma.info xəbər verir ki, qadınla bağlı DİN açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirilib ki, Bərdə rayonunun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.

Paylaş
Xəbər lentİ