Evlərdən 50 min manatdan çox oğurluq etdi: mərc oyunlarında UDUZDU

Oxunma sayı: 8
13-05-2022, 10:21

Evlərdən 50 min manatdan çox oğurluq etdi: mərc oyunlarında UDUZDU
Mingəçevirdə evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci ildən şəhər ərazisindəki mənzillərdən silsilə oğurluqlar edən, əvvəllər də analoji cinayət əməlinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan Asiman Allahverdiyev tutularaq istintaqa təqdim olunub.

Araşdırma zamanı saxlanılan şəxsin ümumilikdə 13 mənzildən 19 min manata yaxın pul və 36 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. O, istintaqa verdiyi ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı və Gəncə şəhərlərində satdığını, əldə etdiyi pulu isə onlayn mərc oyunlarına xərclədiyini bildirib. Asiman Allahverdiyevin cinayət yolu ilə əldə etdiyi qızıllardan bir neçəsi polis əməkdaşları tərəfindən satdığı yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. A.Allahverdiyevin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edə bilərlər.
Evlərdən 50 min manatdan çox oğurluq etdi: mərc oyunlarında UDUZDU

Paylaş
Xəbər lentİ