İcra başçısına etiraz edən qazi ağzını tikib aclıq aksiyasına başladı - SON dəqiqə

Oxunma sayı: 158
25-05-2022, 00:07

İcra başçısına etiraz edən qazi ağzını tikib aclıq aksiyasına başladı - SON dəqiqə
Sosial şəbəkələrdə Laçın rayon sakini, Vətən müharibəsi iştirakçısı Namiq Süleymanovun barəsində yayımlanmış videomateriallarda Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin ünvanına səsləndilən məlumatlar heç bir fakta və sübuta əsaslanmır, bütün bunlar xüsusi qərəzçiliklə, şəxsi mənafe naminə müharibə iştirakçısı statusundan sui-istifadə olunaraq məqsədli şəkildə təşkil edilmiş, diqqəti cəlb etmək və məsələni qabartmaq üçün yayımlanmış, bütövlükdə yalan, böhtan və iftiradan ibarətdir.

Bu barədə Bakupost.az -a Laçın RİH-dən məlumat verilib.



Bildirilib ki, Namiq Süleymanov müvafiq Dövlət Proqramına əsasən Ağcabədi rayonunun Taxta Körpü ərazisində salınmış 256 ailəlik məcburi köçkün qəsəbəsində 2020-ci ilin oktyabr ayında “Dövlətqaçqınkom”un köçürmə komissiyası tərəfindən Laçın rayon sakini Lənkəran Cabbarova verilmiş 3 otaqlı fərdi yaşayış evini qanunsuz zəbt edib, həmin faktla bağlı Ağcabədi Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(017)-1954/2021 nömrəli qətnaməsi ilə onun həmin yaşayış evindən çıxarılması qət olunub:

Paylaş
Xəbər lentİ