"Nunu" ləqəbli transseksualı öldürən şəxslə bağlı məhkəmə QƏRARI

Oxunma sayı: 127
14-06-2022, 21:21

"Nunu" ləqəbli transseksualı öldürən şəxslə bağlı məhkəmə QƏRARI
Bakı Apellyasiya Məhkəməsində cinsi azlıqlğın nümayəndəsi Əhəd Nuriyevi öldürməkdə təqsirləndirilən Mirşahid Mehdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


Arasdırma.info xəbər verir ki,Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.


Qeyd: M.Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.1-ci (Qadın adam öldürmə) maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.


M.Mehdiyev ifadəsində göstərib ki, 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhərində olarkən 20 yanvar dairəsinin ətrafında “Kia Rio” markalı avtomobildə iki nəfər qızın oturduğunu görüb.


Onun sözlərinə görə, həmin vaxt xanım zənn etdiyi şəxslərə yaxınlaşıb tanış olmaq istəyib: "İdarə etdiyim “Lexus” markalı avtomobilimdən düşmədim. Maşınımı sonradan ləqəbini "Nunu" bildiyim şəxsin idarə etdiyi avtomobilin yanında saxladım. "Nunu" qara saçlı, yanındakı qız isə sarı saçlı idi. Mənimlə əvvəl sarı saçlı qız söhbət etdi. Həmin şəxs mənə tanış ola biləcəklərini, amma 100 manat məbləğində pul müqabilində görüşdüklərini dedi. Bundan sonra o, xanım zənn etdiyim şəxslərə xəbər edəcəyini bildirdi. Avtomobilimi bir az qarşıya sürdüm. Əvvəldən tanıdığım başqa qızlara zəng etdim. Həmin vaxt gecə təxminən saat 2 radələri idi. Qızla görüşə bilmədiyim üçün yenidən həmin “Kia Rio”dakı şəxslərdən qara saçlı ilə görüşmək istədiyimi dedim. Bundan sonra "Nunu" avtomobilini rahat bir yerdə saxladı, sarı saçlı qız isə başqa maşına tərəf getdi. "Nunu" gəlib avtomobilimdə yanımda oturdu. Maşında yaxından tanış olduq, ona adımın Mirşahid olduğunu söylədim. Bildirdi ki, adım uzun olduğu üçün telefonuna “Miron” kimi qeyd edəcək.


Yolda olarkən maşında xarici musiqi qoşdum. "Nunu musiqinin səsini artıraraq öz mobil telefonu ilə əli ilə mahnıya uyğun hərəkətlər edib, video və şəkil etməyə başladı. Həmin videonu çəkərkən məni də kadrlara saldı. Ona video çəkməməsini və evli olduğumu qeyd etdim. Razılaşdıq, sonra çəkmədi.


Restorana çatanda o, mənimlə kişi səsi ilə danışdı. Həmin şəxsin cinsi azlıq nümayəndəsi olduğunu başa düşdüm. "Nunu"nun maşından düşüb getməsini dedim, etiraz etdi, polisə şikayət edəcəyini, videogörüntünü
yayacağını bildirdi. Sonra o, 100 manat pul verməyimi və 20
yanvar dairəsi yaxınlığında onu düşürməyimi istədi. Razılaşdım, "Nunu"nun dediyini etdim. Lakin onun mobil telefon nömrəsini götürmədim. Bundan sonra qaldığım mehmanxanaya qayıtdım, oturub fikirləşəndə videonun yayılmasından narahat oldum. Rusiyada kriminal aləmdə hörmətim var. Bir sözlə, cinsi azlıq nümayəndəsi ilə videogörüntümün yayılmasından narahat keçirdim. Ardınca internetdə "Nunu" haqqında axtarış apardım. Onun internetdə gəlinlik paltarında videogörüntüsü yayılmışdı. Qeyd olunan videogörüntüdə olan şərhlərə baxdıqda "Nunu"nun Ağdam rayonundan olduğunu bildim. Bundan sonra isə bütün tanıdığım şəxslərə "Nunu"nu axtardığımı bildirdim.


Sonra onu tapıb nömrəsini aldım, vatsap vasitəsi ilə "Nunu" ilə mütəmadi əlaqə saxladım. Onunla danışanda videogörüntünü silməyini bildirdim. Buna görə məndən pul istədi, 300 manatı onun bank hesabına köçürdüm. Yenə də videogörüntünü silmədi".


M.Mehdiyev ifadəsində vurğulayıb ki, Ə.Nuriyev yenə onu şantaj etməyə davam edib: "Mənə zəng etdikdə isə problem yaranmaması üçün mülayim danışırdım. Daha sonra o, məndən 200 və 100 manat məbləğində pul istədi. Yenə həmin pulları "Nunu"nun kart hesabına göndərdim. Mənə bildirdi ki, plastik sinə böyütmə əməliyyatı etdirmək istədiyir. Pulları da məndən həmin məqsədlə alır.


16 avqust 2021-ci il tarixdə axşam saatlarında "Nunu" ilə görüşüb Gəncə şəhəri istiqamətinə getdik. Gəncəyə çatdıqdan sonra oturmağa yer tapmadıq. Yolda olarkən
avtomobilimi özüm idarə etdim. Göygöl rayonunda onunla birlikdə 1-2 saat gəzdik, bundan sonra isə geri - Bakıya qayıtdıq. Yolda isə yorğun olduğumdan avtomobilimi idarə etməsi üçün "Nunu"ya verdim, özüm də arxa oturacaqda uzanıb yatdım. Bakıya qayıdanda da "Nunu"ya şəxsən 400 manat məbləğində pul verdim, lakin o, yenə videogörüntünü silmədi. 17 avqust 2021-ci il tarixdə saat
təxminən 21-22 radələrində yenə danışıb görüşərək Xaçmaz rayonuna getdik. Həmin görüşdən əvvəl "Nunu" mənə gözümün qabağında videogörüntünü siləcəyinə vəd etdi. Bu səbəbdən onu Xırdalan şəhərindən götürüb Xaçmaza yola düşdük. Orada bir-iki nəfər - adları yadımda qalmayan şəxslərlə maşın almaq üçün görüşdük, lakin
razılaşma əldə olunmadı. Bakıya qayıdanda videogörüntünü yenə də silmədi, pul istədi. "Nunu" mənə həkimlə danışdığını və 1-2 gün içində əməliyyata girib sinə böyütmə əməliyyatı etdirəcəyini dedi. Həmin vaxt cibimdə 2 000 manat pul var idi. O, videogörüntünü silsəydi həmin pulu verəcəkdim. Lakin "Nunu" artıq mənə cinsiyyət orqanını da dəyişmək istədiyini və bu səbəbdən əlavə də 10 000 manat məbləğində pul lazım olduğunu bildirdi. Artıq ona əsəbiləşdim. "Nunu"ya videogörüntünü sildirə bilməyəcəyini başa düşdüm. Qobu qəsəbəsi istiqamətində olarkən yol kənarında yarım tikili olduğunu gördüm. Avtomobilimdən düşüb daşın üzərində oturaraq fikirləşməyə başladım. "Nunu" da ardımca maşında düşüb yanıma gəldi. Yenə ona 2 000 manat pul verə biləcəyimi dedim. lakin "Nunu" mənə 2 000 manat puldan sonra 10 000 manat da verəcəyim təqdirdə videogörüntünü
yaymayacağını söylədi. Bu zaman aramızda mübahisə yarandı".


O, ifadəsinin davamında Ə.Nuriyevi necə qətlə yetirdiyini söyləyib:


"18 avqust 2021-ci il tarixdə saat 06 radələrində mübahisə başlayarkən "Nunu" söyüş işlətdi. Mübahisə zəminində o, videogörüntünü silməyəcəyini və məni şantaj edərək pul istəməyə davam edəcəyini artıq başa düşdüm. Sonra onu öldürmək qərarına gəldim. Ardınca "Nunu" mənim üstümə gəlib üzümə şillə ilə vurdu. Hətta üzümdə nazik cızıq da yarandı. Mən də dərhal "Nunu"nun xaya nahiyəsindən bir dəfə təpik zərbəsi vurdum. O, məndən boyca hündür idi, zərbəni vurduqdan sonra "Nunu" əyildi. O, telefonunu ələ keçirmək üçün çantasını götürmək istəyəndə onun bel nahiyəsinə bir dəfə təpik zərbəsi vurdum. Zərbə nəticəsində yerə yıxıldı, həmin vaxt da "Nunu" xaya nahiyəsindən dəymiş zərbəyə görə yenə çökmüş vəziyyətdə qaldı. Bu zaman o, üzərində olan çantadan bıçaq çıxardı. "Nunu" üzərimə təkrar hücum edəndə artıq bıçaq açıq vəziyyətdə idi. Onun əlini burub bıçağı əlindən aldım. Bıçağı əlindən alarkən "Nunu" dartınırdı və təkrar yerə yıxıldı. Həmin bıçaqla onun bel və kürək nahiyələrinə dayanmadan çox sayda bıçaq zərbələri endirdim. "Nunu"nun tam yerə yıxıldığını gördükdə əlimi saxladım. Ona 9 dəfə bıçaq zərbəsi vurdum. Sonra hadisə yerindən uzaqlaşdım. Bundan sonra onun əşyalarını götürdüm. Ərazidən gedərək "Nunu"nun əşyalarını yandırdım, bıçaqla onun mobil telefonunu isə dənizə atdım, özüm isə mehmanxanaya qayıtdım".


Qeyd: Ə.Nuriyev 2017-ci ildə evlənib, bir oğlu dünyaya gəlib, daha sonra həyat yoldaşından boşanıb. O, 2014-cü ildə soyğunçuluq cinayətinə görə tutulub, sonra məhkəmə ona bəraət verib və azadlığa buraxılıb. Ə.Nuriyev əvvəllər taksi fəaliyyəti ilə məşğul olub.


Qətl də təqsirləndirilən M.Mehdiyev də ailəli olub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mehdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş
Xəbər lentİ