Nişanlısından 3 gün sonra o da öldü

Oxunma sayı: 153
15-06-2022, 20:23

Nişanlısından 3 gün sonra o da öldü
Xəbər verdiyimiz kimi, iyunun 12-si Şəki şəhərində toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb. “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Arasdırma.info xəbər verir ki, Balakən rayon Hənifə kənd sakini olan Göyüşova Günel bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.//yenilik.az

Paylaş
Xəbər lentİ