Rusiyanın keçmiş dövlət katibi Bakıda ölü tapıldı

Oxunma sayı: 152
20-06-2022, 08:44

Rusiyanın keçmiş dövlət katibi Bakıda ölü tapıldı
Bu gün günorta saatlarında Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib.
Arasdırma.info Bakupost.aza istinadən xəbər verir ki, bu haqda onun ailəsi məlumat yayıb. Bildirilib ki, o, qaldığı otelin saunasında öıü tapılıb.
Burbulisin sözçüsü Andrey Markov “İnterfaks”a bildirib ki, keçmiş dövlət katibinin səhhətində heç bir problem olmayıb:
“Özünü yaxşı hiss edirdi və IX Qlobal Bakı Forumunda yenicə iştirak edib”.
Qeyd edək ki, Gennadi Eduardoviç Burbulis Boris Yeltsinin ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya Baş nazirinin birinci müavini vəzifələrində çalışıb.
O, son dövrlərdə Putinu kəskjn tənqid edənlərdən biri olub. SSRİ-nin bərpasını utopiya adlandırıb.

Paylaş
Xəbər lentİ