Xaçmazda TIR maşınla toqquşdu - Ölən var - YENİLƏNİB

Oxunma sayı: 126
1-07-2022, 20:46

Xaçmazda TIR maşınla toqquşdu - Ölən var - YENİLƏNİB
Yol qəzası zamanı ölən şəxsin kimliyi bəlli olub.

Arasdırma.info xəbər verir ki,Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu, "VAZ 2107"-nin sürücüsü, 29 yaşlı Xaçmaz şəhər sakini Erkin Bəhram oğlu Bahadirovdur.

Onun idarə etdiyi avtomobil Xaçmaz istiqamətində hərəkətdə olarkən qarşıdan gələn, Rusiya vətəndaşı, 44 yaşlı Murad Sultanovovun idarə etdiyi TIR-la toqquşub.TIR Azərbaycan-Rusiya sərhədinə gedirmiş.

Ağır qəza nəticəsində "VAZ 2107"-NİN sürücüsü Erkin Bahadirov hadisə yerində ölüb, Rusiya vətəndaşı olan digər sürücü Murad Sultanov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

16.07***

Xaçmazın Mürşüdoba kəndində TIR markalı avtomaşınla "VAZ-2107" markalı avtomaşın toqquşub.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, nəticədə "VAZ-2107"nin sürücüsü hadisə yerində ölüb.

Hazırda ölən sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

TIR sürücüsünün isə Rusiya vətəndaşı, 44 yaşlı Murad Maqomedseidoviç Sultanov olduğu deyilir.
Xaçmazda TIR maşınla toqquşdu - Ölən var - YENİLƏNİB
Xaçmazda TIR maşınla toqquşdu - Ölən var - YENİLƏNİB

Paylaş
Xəbər lentİ