Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın XƏSTƏXANADA ÖLDÜ

Oxunma sayı: 134
20-07-2022, 07:17

Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın XƏSTƏXANADA ÖLDÜ
Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Arasdırma.info xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.


Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır. ("Report")

Paylaş
Xəbər lentİ