Şamaxıda göldə batan üç nəfərdən ikisi ölüb

Oxunma sayı: 133
21-07-2022, 09:09

Şamaxıda göldə batan üç nəfərdən ikisi ölüb
Şamaxı rayonunda iki nəfər suda boğularaq ölüb.

Arasdırma.info xəbər verir ki, bu gün axşam saat 20:00 radələrində rayonun Əngəxaran kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağacan Lətifov və həmyaşıdları Rəvan Mirzəyev, Fərid Rəcəbov Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğulub.

Ağacan hadisə yerində, Rəvan Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Həkimlərin səyi nəticəsində Fəridin həyatını xilas etmək mümkün olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.//APA

Paylaş
Xəbər lentİ