Tovuzda keçmiş məhkəmə sədrini güllələdilər

Oxunma sayı: 483
14-09-2019, 08:07

Tovuzda keçmiş məhkəmə sədrini güllələdilər
Firudin Ələkbərli 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub

Tovuz rayonunda güllələnmə hadisəsi baş verib.

Arasdırma.info "Report"a istinadla məlumatına görə, 1963-cü il təvəllüdlü Firudin Ələkbərli naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Keçmiş baş nazirin kəndində dəhşətli qətl törədildi
Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Paylaş
Xəbər lentİ