YAP-ın Salyan təşkilatının sədr müavini yol qəzasında ölüb

Oxunma sayı: 150
2-08-2022, 20:46

YAP-ın Salyan təşkilatının sədr müavini yol qəzasında ölüb
Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

Arasdırma.info xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

“Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində Fazil Sabir oğlu Məhərrəmov hadisə yerində ölüb, 6 nəfərin xəsarət alıb.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edə ki, Fazil Sabir oğlu Məhərrəmov YAP Salyan rayon təşkilatının sədr müavini vəzifəsində işləyib.//APA

Paylaş
Xəbər lentİ