HADRUTDA BƏDBƏXT HADİSƏ… - “Voltaj” Elektrik Quraşdırma şirkətinin işçisi külə döndü…

Oxunma sayı: 136
14-08-2022, 00:40

HADRUTDA BƏDBƏXT HADİSƏ… - “Voltaj” Elektrik Quraşdırma şirkətinin işçisi külə döndü…
“Voltaj” Elektrik Quraşdırma şirkətinin işçisini 35 min kilovatlıq cərayan vurub.

Arasdırma.info xəbər verir ki,Hurriyyet.az-a bu barədə məlumat verən mənbə bildirir ki, hadisə Hadrutda baş verib və işçi yanaraq kül olub.

Belə ki, 35 min kilovatlıq xəttin yaxınlığında eyni gücdə olan xətdən induksiya prossesi baş verib. Nəticədə adı gizli saxlanılan işçi kül olub.

Mənbə deyir ki, bundan sonra həmin şirkətin Hadrutda işləyən bütün əməkdaşları istismar edildiklərinə, heç bir təhlükəsizlik qaydalarına riyayət edilmədiyinə görə işləməkdən imtina edərək, geri dönüblər.

“Voltaj” Elektrik Quraşdırma şirkətinin Müşfiq adlı direktoru sözügedən informasiyanı təkzib edib və belə bir hadisə baş vermədiyini bildirib. Lakin mənbə onun yalan danışdığını deyir. İddia olunur ki, hadisə 2 gün öncə baş verib.

Paylaş
Xəbər lentİ