FHN-nin təyyarəsi qəza enişi etdi

Oxunma sayı: 155
28-08-2022, 21:36

FHN-nin təyyarəsi qəza enişi etdi
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Arasdırma.info xəbər verir ki,bu barədə Publika.az FHN-ə istinadla xəbər verir.

Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.

Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Paylaş
Xəbər lentİ