Azərbaycanda ata evdən gedən qızını öldürüb.

Oxunma sayı: 138
8-09-2022, 09:09

Azərbaycanda ata evdən gedən qızını öldürüb.
Sentyabrın 7-i saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyidinin aşkar olunması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub. Meyid Ağsu rayon sakini bir müddət əvvəl evdən qaçan Aybəniz Abdullayevanın olduğu məlum olub.
Xatırladırıq ki,Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunub,

Arasdırma.info xəbər verir ki,bu barədə rayon prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.
//report

Paylaş
Xəbər lentİ