Bakı aeroportunda kran aşıb: Ölən və yaralanan var

Oxunma sayı: 16
22-09-2022, 18:59

Bakı aeroportunda kran aşıb: Ölən və yaralanan var
Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb.

Arasdırma.info xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib:

“Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb”.//report

Paylaş
Xəbər lentİ