Azərbaycanda direktor müəllimi döydü

Oxunma sayı: 131
22-09-2022, 19:15

Azərbaycanda direktor müəllimi döydü
Goranboy rayonunda məktəb direktoru müəllimə xəsarət yetirib.

Arasdırma.info xəbər verir ki, hadisə rayonun Kələk kənd tam orta məktəbində baş verib.

Belə ki, Qafqaz Məmmədov adına Goranboy rayon Kələk kənd tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır (Cahantv.az).

Paylaş
Xəbər lentİ