Ata 12 yaşlı oğlunu öldürdü - Dəhşətli səbəb

Oxunma sayı: 123
22-09-2022, 19:32

Ata 12 yaşlı oğlunu öldürdü - Dəhşətli səbəb
Ata ev tapşırığını yerinə yetirmədiyi üçün 12 yaşlı oğlunu yandıraraq öldürüb.

Arasdırma.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanda Nazir adlı şəxs dərs tapşırıqlarını yerinə yetirməyən 12 yaşlı oğlunun üzərinə yağ töküb və onu qorxutmaq üçün kibrit yandırıb. Ata ehtiyatsızlıqdan oğlunu yandırıb.


Oğlunun ağrılı fəryadını eşidən ana və ata alovun söndürülməsinə can ataraq yanan uşağın üzərinə yorğan və paltar atıblar. Lakin onların səyləri uşağı xilas etmək üçün kifayət etməyib.

2 gün xəstəxanada qalan uşaq bədənindəki yanıqlar səbəbindən dünyasını dəyişib.//azxeber.

Paylaş
Xəbər lentİ