Şagird məktəbdə vəfat edib.VİDEO

Oxunma sayı: 111
30-09-2022, 01:17

Şagird məktəbdə vəfat edib.VİDEO
Ağstafada şagird məktəbdə olan vaxt dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Əmirxan Hüseynov adına Ağstafa şəhər 1 saylı tam orta məktəbində qeydə alınıb.

İkinci dərs bitdikdən sonra tənəffüsə çıxan 15 yaşlı Fariz Qasımov sinif yoldaşları ilə məktəbin yeməkxanasına gedərkən giriş qapısının önündə qəfil yıxılıb.

Sinif yoldaşları dərhal müəllimlərə xəbər veriblər.

Həkimlərin səyinə baxmayaraq məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

İddia edilir ki, Fariz Qasımovun qəfil dünyasını dəyişməsinə səbəb ürəyində olan problemdir.

Hadisə ilə bağlı hüquq-müfahizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin olunub.

Ekspertizanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.//xezerxeber


Paylaş
Xəbər lentİ