Məhkəmənin sərbəst buraxdığı şəxsi polis yenidən saxlayıb? - Video

Oxunma sayı: 127
11-10-2022, 07:50

Məhkəmənin sərbəst buraxdığı şəxsi polis yenidən saxlayıb? - Video
Sosial şəbəkələrdə oğurluğa görə şübhəli bilinən şəxsin görüntüləri müzakirəyə səbəb olub.

Arasdırma.info xəbər verir ki, bu barədə jurnalist Nurlan Libre görüntü paylaşıb. O bildirib ki, Xətai rayon Məhkəməsi tərəfindən azadlığa buraxılan şəxs polis tərəfindən yenidən saxlanılıb.

Görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirilib ki, həmin məsələ ilə əlaqədar araşdırma aparılır:

“Oğurluq əməlində şübhəli bilinən şəxsin 36-cı polis bölməsində döyülməsi iddiaları ilə bağlı araşdırma aparılır. Araşdırmaların ilkin nəticəsinə əsasən, iddiaların həqiqətə uyğun olmadığı müəyyən edilib. Tam nəticə barədə ətraflı məlumat veriləcək”.

Paylaş
Xəbər lentİ