Binəli Yıldırım və Şamil Ayrımın avtomobili Azərbaycanda qəzaya düşdü

Oxunma sayı: 119
20-10-2022, 23:33

Binəli Yıldırım və Şamil Ayrımın avtomobili Azərbaycanda qəzaya düşdü
Azərbaycanda Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın avtomobili qəzaya uğrayıb.

AK Partiyadan verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən siyasətçilərin avtomobili Zəngilan Hava Limanına gedən yolda qəzaya uğrayıb.

Səhhətləri yaxşı olan Binəli Yıldırım və Şamil Ayrım yoxlanış məqsədilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıb.

Onlara dəstək olmaq üçün AK Partiya sədr müavini Ömər Çelik və Efkan Alanın da Bakıda qalacağı bildirilib.

Həmçinin, avtomobilin sürücüsünün vəziyyəti də qənaətbəxş olaraq qiymətləndirilib.

Paylaş
Xəbər lentİ