Zavoddan 12 minlik oğurluq edənlər tutuldular

Oxunma sayı: 124
26-10-2022, 00:54

Zavoddan 12 minlik oğurluq edənlər tutuldular
Samuxda zavoddan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Samux rayon Polis Şöbəsinə İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12.680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Elnur Məmmədov və Emin Həsənov müəyyən olunaraq saxlanılıblar.

Paylaş
Xəbər lentİ