Sabiq güləşçimiz avtomobildə yanaraq vəfat etdi

Oxunma sayı: 115
7-11-2022, 19:57

Sabiq güləşçimiz avtomobildə yanaraq vəfat etdi
Azərbaycanda faciəli şəkildə vəfat edən sabiq güləşçinin yandığı avtomobilin görüntüləri yayılıb.


Görüntülərdə avtomobilin yanar kostruskiyalarının tamamilə yandığı görünür.

Qeyd edək ki, bu gün Ələt qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil aşıb, daha sonra maşın alovlanıb.

Hadisə yerinə ilk çatan DYP-nin əməkdaşı Zahid Baxışov olub, o, alovlanan avtomobilin içərisindın sürücünü (ölən sərnişinin oğlu) çıxarsa da, sərnişini Fəxrəddin İmanovu xilas edə bilməyib. Sərnişin F.İmanov alovlanmış maşında yanaraq dünyasını dəyişib.

Qeyd edək ki, 74 yaşlı F.İmanov Azərbaycanın sabiq gülçisi olub, o, sovet vaxtı bir sıra uğurlara imza atıb.

“Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb.

Faktla bağlı araşdırma aparılır.
Sabiq güləşçimiz avtomobildə yanaraq vəfat etdi

Paylaş
Xəbər lentİ