Bakıda kafedə KÜTLƏVİ DAVA: Başına bokal çırpdılar...

Oxunma sayı: 121
11-11-2022, 08:21

Bakıda kafedə KÜTLƏVİ DAVA: Başına bokal çırpdılar...
Bakıda kafedə kütləvi dava olub.

Arasdırma.info xəbər verir ki,Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Biləcəri qəsəbəsi Binəqədi şosesi 1-də yerləşən kafedə baş verib.

Kafedə yeyib-içən 6-7 nəfər arasında düşən davada bir neçə nəfər xəsarət alıb.

Belə ki, sərxoş müştərilər davanı sakitləşdirməyə çalışan kafenin sahibini də döyüblər. Onlar kafenin sahibi Fərid Məmmədovun və oranın işçisi Cavid Hüseynovun başına pivə bokalı çırpıblar. Yaralılar xəstəxanaya müraciət edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi tərəfindən araşdırılma aparılır.

Paylaş
Xəbər lentİ