Azərbaycanda axund faciəvi şəkildə öldü

Oxunma sayı: 123
19-11-2022, 13:23

Azərbaycanda axund faciəvi şəkildə öldü
Lənkəranda yol-nəqliyyat hadisəsində xəsarət alan axund ölüb.

Arasdırma.info apa-ya istinadən xəbər verir ki, hadisə Mamusta kəndi ərazisində baş verib.

Yük motoskileti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Ə.Hüseynov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Paylaş
Xəbər lentİ