Bakıda həkimi motosikletdən yerə yıxıb döyənlər cəzalandırıldı

Oxunma sayı: 115
23-11-2022, 17:33

Bakıda həkimi motosikletdən yerə yıxıb döyənlər cəzalandırıldı
Bakıda motosiket idarə edən həkimi döyən şəxslərə höküm oxunub.

Arasdırma.info xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, hadisə 9 iyul 2021-ci il tarixdə Yasamal rayonu, Hüseyn Cavid prospekti 17 "A" ünvanında baş verib.

Belə ki, Müdafiə Nazirliyinin Hərbi Hospitalında həkim-oftalmoloq vəzifəsində işləyən Həsən (şərti) "Harley Davidson" markalı, 10-B-699 dövlət qeydiyyat nişanlı motosikletlə hərəkətdə olarkən yol üstündə "Daewoo Gentra” markalı avtomobilin sürücüsü İmranla (şərti) aralarında mübahisə yaranıb.

İmran avtomobilində olan qohumu Zamirlə (şərti) birlikdə həkimin baş nahiyyəsinə zərbə endirərək, onu idarə etdiyi motosikletdən yerə yıxıb, başında olan qoruyucu dəbilqəni də çıxararaq yenidən əl və ayaq zərbələri ilə döyüblər.

Onlar daha sonra həkimi həmin ünvanda yerləşən "Space TV”nin inzibati binasının qarşısında yenidən döyüblər. Nəticədə həkim baş beyin silkələnməsi və sol orta qulağın iltihabı ilə müşayiət olunmuş sol göz ətrafının qançırı xəsarətləri alıb.

Təqsirləndirilən şəxslər bu cür hərəkət etmələrinə səbəb kimi, motosikleti idarə edən şəxsin onlara sağ əlinin orta barmağını göstərməsini iddia ediblər.

Məhkəmənin qərarı ilə İmran Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib və qazancının 20 faizi məbləğində pulun dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Zamir isə CM-nin 69.3-cü maddəsinə əsasən, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum olunub.

Paylaş
Xəbər lentİ