"Kubinka"da gecə neçə ev yanıb? - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 117
30-11-2022, 08:24

"Kubinka"da gecə neçə ev yanıb? - RƏSMİ AÇIQLAMA
Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğında 3 evə ziyan dəyib.

Arasdırma.info APA-ya istinadən xəbər verir ki, bunu Yanğınsöndürmə qərargahın rəisi polkovnik Xudat Nəbiyev bildirib.

“Birmərtəbəli binanın dam örtüyündə yanğın qeydə alınıb. Yanğın təxminən 100 kvadrat metr ərazini əhatə edib. Yanğının söndürülməsinə texnika və şəxsi heyət cəlb olunaraq təxminən 30 dəqiqə ərzində yanğın söndürülüb. Yanğında 3 mənzilə ziyan dəyib, yüngül xəsarət alan 1 sakinə yerində yardım göstərilib” – deyə o qeyd edib.

Paylaş
Xəbər lentİ