Bakıda evə basqın edib ailə üzvlərini bıçaqdan keçirdilər - Ölənlər var

Oxunma sayı: 114
30-11-2022, 08:34

Bakıda evə basqın edib ailə üzvlərini bıçaqdan keçirdilər - Ölənlər var
Buzovna qəsəbəsində evə basqın zamanı yaralanan şəxs dünyasını dəyişib.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, 1971-ci il təvəllüdlü Rahil Muradov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, yaralı ailə üzvləri bildirib ki, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi döngə 5 ev 4b ünvanındakı mənzilə naməlum şəxs və ya şəxslər quldurluq yolu ilə daxil olub. Onlar talama məqsədilə evə daxil olarkən ailə üzvlərini bıçaqlayıb, ev sahibini öldürüb.
***
Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Paylaş
Xəbər lentİ