Bakıda evə basqın edərək 3 nəfəri öldürən TUTULDU: kürəkən imiş...

Oxunma sayı: 114
2-12-2022, 07:53

Bakıda evə basqın edərək 3 nəfəri öldürən TUTULDU: kürəkən imiş...
Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 63 yaşlı Elbrus Muradov, oğlu 51 yaşlı Rahil Muradov, həyat yoldaşı 77 yaşlı Şahirə Muradovanı naməlum şəxs kəsici alətlə qətlə yetirib, nəvəsi 25 yaşlı Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Paylaş
Xəbər lentİ