Türkiyədən Azərbaycana gətirilən 1,5 kq qızıl aşkarlandı - Foto

Oxunma sayı: 113
2-12-2022, 22:31

Türkiyədən Azərbaycana gətirilən 1,5 kq qızıl aşkarlandı - Foto
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Arasdırma.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalardan və şəxsi yoxlama zamanı üzərlərindən, ümumi çəkisi 1506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Türkiyədən Azərbaycana gətirilən 1,5 kq qızıl aşkarlandı - Foto

//yeniavaz

Paylaş
Xəbər lentİ