Tutulan şəxs Xoşqədəm Hidayətqızının qohumu imiş - DETALLAR

Oxunma sayı: 122
17-12-2022, 16:39

Tutulan şəxs Xoşqədəm Hidayətqızının qohumu imiş  - DETALLAR
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonunda, “Kubinka” adlanan ərazidə iki nəfər şəxs 4 kiloqrama yaxın narkotik vasitə olan metamfetaminin (patı), heroinin və 350 tablet narkotik vasitənin satışı ilə məşğul olarkən saxlanılıb.

Arasdırma.info xəbər verir ki,Sfera.az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxslərdən biri - Şakir Seyfulla oğlu Quliyevin tanınmış aparıcı Xoşqədəm Hidayətqızının qohumu olduğu məlum olub. Məlumata görə, o, aparıcının xalası nəvəsidir və əslən onunla ilə eyni kənddən - Kəlbəcər rayonun Narınclar kəndindəndir.



Bundan əlavə Şakir Quliyevin 44 günlük Vətən müharibəsi iştirakçısı kimi medallarla təltif edildiyi bildirilir. Onun əvvəllər məhkumluğu olub.


Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ