Azərbaycanda tanınmış aktyor evində ölü tapılıb - FOTO

Oxunma sayı: 121
18-12-2022, 00:08

Azərbaycanda tanınmış aktyor evində ölü tapılıb - FOTO
Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.

Arasdırma.info "qafqazinfo"-ya istinadən xəbər verir ki, 62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.

Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O, "Əlvida, cənub şəhəri", "Cavid ömrü", "Qafqaz", "Məhkumlar", "Etimad telefonu", "Səhərə inan...", "Dolu" kimi bədii filmlərdə, "Şirəbənzər", "Arabir görüşməyə kişi axtarıram" və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.
Azərbaycanda tanınmış aktyor evində ölü tapılıb - FOTO
Azərbaycanda tanınmış aktyor evində ölü tapılıb - FOTO

Paylaş
Xəbər lentİ