DİN valyuta dəyişmə məntəqəsində qumbaranın partlaması ilə bağlı məlumat yaydı

Oxunma sayı: 107
5-01-2023, 20:27

DİN valyuta dəyişmə məntəqəsində qumbaranın partlaması ilə bağlı məlumat yaydı
Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib. İlkin araşdırmalar nəticəsində hadisənin ki, Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus VAZ 2107 markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub.

Arasdırma.info bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
DİN valyuta dəyişmə məntəqəsində qumbaranın partlaması ilə bağlı məlumat yaydı
Hazırda B. Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.//pravda

Paylaş
Xəbər lentİ