Azərbaycanda valyutadəyişmə məntəqəsinə qumbara atıldı: Yaralılar var

Oxunma sayı: 121
5-01-2023, 22:55

Azərbaycanda valyutadəyişmə məntəqəsinə qumbara atıldı: Yaralılar var
Baş Prokurorluq Şəmkirdə valyutadəyişmə məntəqəsindəki qumbara partlayışı barədə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, hadisə vaxtı iki nəfər xəsarət alıb.

"Yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində "VAZ 2107" markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır, - deyə məlumatda qeyd olunub.


Daxili İşlər Nazirliyi Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlaması, iki nəfərin xəsarət alması faktı barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.

İlkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərovun sonuncuya məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub. Hazırda B. Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.//lent.az

Paylaş
Xəbər lentİ