Oğlu az pul qazanır deyə, atası onu bu günə qoydu - BAKIDA - VİDEO

Oxunma sayı: 688
14-03-2017, 12:55

Oğlu az pul qazanır deyə, atası onu bu günə qoydu - BAKIDA - VİDEOBir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan bir foto demək olar ki, hər kəsin marağına səbəb olub. Bir ata övladı az pul qazanır deyə ona döyərək işgəncə verib. "Xəzər xəbər" həmin ata və oğulla görüşüb.

Öncə döydü, daha sonra hirsi soyumadığı üçün başını küt qayçıyla qırxdı

Bakıda ata oğlu az pul qazanır deyə, onu bu günə qoydu. Elxan İbadov atası tərəfindən zorakılığa məruz qalıb. Belə ki, evə az pul gətirdiyi və atasının istəklərini tam yerinə yetirə bilmədiyi üçün atası onu bu hala salıb. Döyüləndən sonra isə Elxan bir təhər özündə güc toplayıb və evdən qaçıb.

Elxanın sözlərinə görə, atasının ona qarşı törətdiyi ilk belə hal deyil. Daim atası tərəfindən bu tip zorakılıqlara məruz qalır. Səbəb isə hər zaman dəyişmir: niyə az pul qazanırsan?

Onun isə tək istəyi atasının atalıq hüququndan məhrum olmasıdır. Məsələ ilə bağlı Elxanın atası Siyab müəllimlə görüşdük. O, oğluna qarşı törətdiyi zorakılığı təsdiqləyib və bunu niyə etməsini əsaslandırmağa çalışıb.

Siyab İbadovun sözlərinə görə, hər bir övladın borcu atasına baxmaq, onun sözündən çıxmamaqdır. Əgər övlad bunlara riayət etmirsə, o zaman cəzası da belə olur.

Kimin haqlı, kimin haqsız olduğunu bilməsək də, dəyişməyən bir fakt var ki, heç bir günahın cəzası bu şəkildə olmamalıdır. Valideyn övladı döyərək yox, ona düzgün yolu başa salaraq tərbiyələndirməlidir.

Paylaş
Xəbər lentİ