Neftçalada İran əməliyyatı - 3 nəfər saxlanıldı - FOTO

Oxunma sayı: 101
2-02-2023, 00:24

Neftçalada İran əməliyyatı - 3 nəfər saxlanıldı - FOTO
Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunmasıyla bağlı əməliyyatlar davam edir.
Arasdırma.info xəbər verir ki, bununla bağlı növbəti əməliyyat dünən Neftçala rayonunda keçirilib.
Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxləri saxlayıb. Məlumata görə, Rəhman bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.
Onların bu gün məhkəmə qarşısına çəxarılacağı gözlənilir.

Qeyd edək ki, dünən Bakıda da İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.
DİN tərəfindən keçirilən əməliyyatda SalamNews informasiya agentliyi və “İnteraz”ın 7 nəfər əməkdaşı saxlanılıb.
İddiaya görə onların çalışdığı informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.//bakupost

Paylaş
Xəbər lentİ