Abşeronda gənc istədiyi qızı almadığı üçün anasını öldürüb?

Oxunma sayı: 107
20-02-2023, 09:13

Abşeronda gənc istədiyi qızı almadığı üçün anasını öldürüb?
Xırdalanda 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə 1998-ci il təvəllüdlü oğlu Orxan Hüseynzadə tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Arasdırma.info Baku TV-yə istinadən xəbər verir ki, hadisə zamanı Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub.

Oğulun anasını istədiyi qızı ona almadığı üçün öldürdüyü iddia olunur.

Məlumata görə, Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən məktəblərin birində müəllim işləyirmiş.

Paylaş
Xəbər lentİ