Bakıda bahalı nömrəli maşında evli xanımlara sataşan şəxs saxlanıldı

Oxunma sayı: 101
15-03-2023, 21:59

Bakıda bahalı nömrəli maşında evli xanımlara sataşan şəxs saxlanıldı
Bakı şəhərində bahalı avtomobillə küçədən keçən cavan xanımlara əxlaqsız təkliflər edən şəxs polis tərəfindən saxlanılıb.


Arasdırma.info Sfera.aza istinadən xəbər verir ki, 50-55 yaşlı şəxs idarə etdiyi qara rəngli "10-CV-010" dövlət nömrə nişanlı bahalı "Lexus" avtomobili bu gün axşam saatlarında Bakı şəhəri Hüseyn Cavid prospektində (20 nömrəli məktəbin yanı) polis tərəfindən saxlanılıb.



Sözügedən şəxsin kimliyi hələlik məlum deyil.



Qeyd edək ki, bir neçə gün əvvəl həmin şəxsin Bakı Slavyan Universitetinin qarşısından keçən bir xanımın arxasınca düşərək, ona sataşması ilə bağlı görüntülər yayılmışdı.

Paylaş
Xəbər lentİ