Övladlığa götürülən kişinin arvadı öz bacısı çıxdı - ŞOK OLAY

Oxunma sayı: 97
17-03-2023, 01:57

Övladlığa götürülən kişinin arvadı öz bacısı çıxdı - ŞOK OLAY
Uşaqlıqda övladlığa götürülən kişi altı il birlikdə yaşadığı həyat yoldaşının əslində onun bacısı olduğunu öyrənib.

Arasdırma.info Lent.az-a istinadla xəbər verir ki, ABŞ-dan olan bir kişinin dediyinə görə, valideynləri doğulduqdan dərhal sonra onu tərk ediblər. Ona görə də o, bioloji anası və atası haqqında heç nə bilməyib. Amerikalı xəstə həyat yoldaşına böyrəyini vermək istəyərkən müayinə zamanı təsadüfən həyat yoldaşının onun bacısı olduğunu öyrənib.


Test nəticələri gələndə kişiyə dedilər ki, o, və həyat yoldaşı bəzi göstəricilərdə qeyri-adi dərəcədə yüksək təsadüf faizinə malikdirlər - adətən bu, yalnız qohumlar üçün xarakterikdir. Qohumluq versiyası əlavə sınaqlarla təsdiqlənib.

"Biz qohumuq - yox, zarafat etmirəm. Bundan sonra nə edəcəyimi bilmirəm. O, mənim həyat yoldaşım və uşaqlarımızın anasıdır", - deyə amerikalı bildirib.

Lakin sosial şəbəkə istifadəçiləri kişiyə dəstək olub, ailəsinə cansağlığı arzulayıblar.

Paylaş
Xəbər lentİ