Ölkəyə qanunsuz yolla 420 minlik qızıl keçirilməsinin qarşısı alındı - Fotolar

Oxunma sayı: 111
21-03-2023, 19:52

Ölkəyə qanunsuz yolla 420 minlik qızıl keçirilməsinin qarşısı alındı - Fotolar
Bu gün Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. Həmin şəxsi gömrük əməkdaşı "Qırmızı kanal"a yönləndirib, onun üzərinə və əşyalarına baxış keçirilib. Rentgen qurğusunda vətəndaşa məxsus çantada qızıl-zinət əşyalarının təsviri görünüb. Yoxlama zamanı çantada gömrük orqanına yazılı və ya şifahi qaydada bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birgə ümumi çəkisi 4 kq 700 qram, təqribi dəyəri 420 000 AZN olan qızıl-zinət əşyaları aşkar olunub.//yeniavaz

Ölkəyə qanunsuz yolla 420 minlik qızıl keçirilməsinin qarşısı alındı - Fotolar
Ölkəyə qanunsuz yolla 420 minlik qızıl keçirilməsinin qarşısı alındı - Fotolar
Ölkəyə qanunsuz yolla 420 minlik qızıl keçirilməsinin qarşısı alındı - Fotolar

Paylaş
Xəbər lentİ